Aman Nənə - Mahnı Sözləri - Şarkı Sözü - Lyrics (Xalq Mahnilari)

Xalq Mahnısı
Mahni Sozleri Sarki Sozu Lyrics

Aman Nənə

Asta yeri kəmər düşər belindən
Aman nənə zalım nənə yar nənə
Ayrı düşdüm gülümdən bülbülümdən
Aman nənə zalım nənə yar nənə
O qədər sevirəm düşməz dilimdən
Aman yar ay zalım yar ay gül yarım...


loading...
Bir yaylığım vardı gülü özündən
Aman nənə zalım nənə yar nənə
Dolanır başıma özü özündən
Aman nənə zalım nənə yar nənə
Mən nə dedim küsdü mənim sözümdən
Ay aman yar ay zalım yar ay gül yarım...



Yarıma demişəm mənə saz alsın
Aman nənə zalım nənə yar nənə
Onu çalım dərdi qəmim azalsın
Aman nənə zalım nənə yar nənə
Məgər mən ölmüşəm yarım qız alsın
Ay aman yar ay zalım yar ay gül yarım...











#minbirmahni
#karaokesözler


Aman Nənə - Mahnı Sözləri - Şarkı Sözü - Lyrics (Xalq Mahnilari) Aman Nənə - Mahnı Sözləri  - Şarkı Sözü  - Lyrics  (Xalq Mahnilari) Reviewed by noname on Şubat 05, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.