Namiq Qaraçuxurlu ft Əhməd Mustafayev - Alınmaz - Mahnı sözləri,Şarkı sözü,Lyrics (alinmaz,mahni sozleri)

Namiq Qaracuxurlu ft Ehmed Mustafayev - Alinmaz
Mahni sozleri,Sarki sozu







Ayrılırıq deyə deyə dad eylədi
Doğma ikən o məni yad eylədi
Dedim gəl görüşək inad eylədi
Neçə dəfə yazdımki yazışmaqla alınmaz


Qəlbim elə küsdü barışmaqla alınmaz
Gecdi daha bitdi danışmaqla alınmaz


loading...
Saçlarının ətri küləkdən gəlir
Bəlkədə mövsümdü çiçəkdən gəlir
Eşq elə bir şeydi ürəkdən gəlir
Onu soraqlamaqla soruşmaqla alınmaz

Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından sevər
Ruh sevərsə ilk baxışından sevər
Sevməsə illərlə baxışmaqla alınmaz

Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim oda vurdu xəncər
Qəlb elə incədir billura bənzər
Sındısa məhv oldu çalışmaqla alınmaz






#minbirmahni
Namiq Qaraçuxurlu ft Əhməd Mustafayev - Alınmaz - Mahnı sözləri,Şarkı sözü,Lyrics (alinmaz,mahni sozleri) Namiq Qaraçuxurlu ft Əhməd Mustafayev - Alınmaz - Mahnı sözləri,Şarkı sözü,Lyrics (alinmaz,mahni sozleri) Reviewed by Mrs-N on Ocak 18, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.