Ala Gözlər - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Ala gozler sozleri)

Ala Gozler - Mahni Sozleri
Sarki Sozu  - Text




Mus: Hacı Xanməmmədov
Söz: Səməd Vurğun


Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər
Yenə cəllad olub  durub qəsdimə
Qələm qaş altından piyalə gözlər...



Başımdan getmişdi sevdanın dəmi
Xəyalım gəzirdi bütün aləmi
Bu dustaq könlümü deyin yenəmi
Çəkdiniz sorğuya suala gözlər...


Sevda yolçusuyam əzəl yaşımdan
Könül ayrı gəzir can sirdaşından
Dağıdır huşumu alır başımdan
Süzülüb gedəndə xəyala gözlər...

loading...

Mənim sevgilimdir o gözəl pəri
Qoy üzə vurmasın ötən günləri
Mən qədir bilənəm əzəldən bəri
Sizinlə yetmişəm kamala gözlər...


Cahanda hər hökmü bil zaman verir
Dünən dövran sürən bu gün can verir
İllər xəstəsiyəm yaram qan verir
Səmədi saldınız bu hala gözlər...
#minbirmahni










Ala Gözlər - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Ala gozler sozleri) Ala Gözlər - Mahnı Sözləri,  Şarkı Sözü, Lyrics (Ala gozler sozleri) Reviewed by noname on Ocak 18, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.