Mətanət Isgəndərli - Qardaş - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Metanet İskenderli - Qardas
Mahni Sozleri - Sarki Sozu





Söz: Şirinnaz Həsənova
Mus: Sevinc Mansurova




Sənsən başımın tacı qardaş
Sənsən ömrümün yazı qardaş
Sənsən qəlbimin odu qardaş
Qardaş gözümün nuru qardaş 


Qardaş səni bəxş edən tanrıya qurban olum
Qardaş bacı söyləyən dilinə qurban olum 
Ata-ana dirəyi sevgilinin urəyi
Gəl ömrümə işıq saç boynuna qurban olum


Başın üstə ayınam damarında qanınam 
Qoruyucu mələyin şirin nazlı bacınam
Sevinc dolu dünyanam qardaş sənə qurbanam 
Nəğmə dolu sözümlə xoş gününə heyranam 



Sənsən başımın tacı qardaş
Sənsən ömrümün yazı qardaş
Sənsən qəlbimin odu qardaş
Qardaş gözümün nuru qardaş 


Qardaş səni görəndə könlüm yaman şad olur 
Şirin kəlmələrinlə qışım da bahar olur
Köməyim gərəyimsən sönməsin heç ocağın 
Yansın hər an çırağın gəlsin səsin sorağın 



Başın üstə ayınam damarında qanınam
Qoruyucu mələyin şirin nazlı bacınam
Sevinc dolu dünyanam qardaş sənə qurbanam 
Nəğmə dolu sözümlə xoş gününə heyranam 







#minbirmahni
Mətanət Isgəndərli - Qardaş - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Mətanət Isgəndərli - Qardaş - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.