Lil Orxan - Verin - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Lil Orxan - Verin
Mahni sozleri,Sarki sozu


Mənə qələm verin son cümləsi ölüm olsun vallah daha yazmasın .
Mənə sevgi verin sadiq olsun gözü başqalarını axtarmasın .
Mənə dost verin düzü düzə sözü üzə desin arxamca banlamasın
Mənə möminə ya da dindar verin üzünün nurundan içim ağlasın 

loading...

Mənə şeytan verin üzünə quran oxuyum beyni partlasın
Mənə kədər verin hər gün sevinci arzulasın
Mənə erməni verin Qarabağ sizindi desin oğraş olmasın
Mənə dövlət verin kreditlə ailə saxlayan millətin halına yansın
Mənə məktəb verin orda rüşvət alınmasın




Verin verin sevincimi verin göz yaşım geriyə qayıtmasın
Həm sevənimə həm düşmənimə deyin ölsəm belə məni unutmasın



Mənə ölüm verin sağlığımda qədrimi bilməyənin ürəyi sızlasın
Mənə hərbi verin dövlət əsgərinə yaxşı baxsın
Övladı tək sığallasın
Mənə qərar verin təstiqlənsin əməl edilsin
Rüşvətlə üstü bağlanmasın

Mənə optimist verin pessimisti lağa qoymasın
Mənə ürək verin arzular içində boy atmasın
Mənə fanat verin birlik yaratsın hər deyilənə inanmasın
Mənə qanad verin 1 -2 ilə təmirə dayanmasın
Mənə azadlıq verin nəfsinə sahib olsun məndən insafımı tərbiyəmi qoparmasın!







#minbirmahni
Lil Orxan - Verin - Mahnı sözləri,Şarkı sözü,Lyrics Lil Orxan - Verin - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Ocak 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.