Lil Orxan ft Samir Cabbarov - Hanı - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Lil Orxan ft Samir Cabbarov - Hani
Mahni sozleri,Sarki sozu




Birini sevərsən inanarsan
Bir gün gələr o da unudar
Hər gecə keçmişə qayıdarsan
Qəlbinin ağrısı üzünə vurar


loading...

Hanı qədrini bildiklərim?
Hanı göz yaşını sildiklərim hanı?
Hanı illərdi güvəndiklərim?
Hanı ürəkdən sevdiklərim Hanı?



Ürəyim yaralı axır qanı
Dəyər verdiyim insanlar hanı?
Kədərdi şəhərin dörd bir yanı
Ürək döyünmür daha yoxdur halı

Mən sevdim onlar sevmədi
Varlığım heç buzları əritmədi
Öldürdülər Allah yaradan canı

Birini sevərsən inanarsan
Bir gün gələr o da unudar
Hər gecə keçmişə qayıdarsan
Qəlbinin ağrısı üzünə vurar
Mən özum bildim hər kəsi
Mən oyuncağı idim hər kəsin
Saf qəlbimi qırdılar atdılar
Indi mənim bax verildi dərsim

Məni heç bir zaman anlamadılar
Mən haqqı dedim duymadılar
Mən gecələri yatmadım ağladım
Onlar öz kefində oldular

Mən ürəkdə arzumu saxladım
Onlar oğurlayıb apardılar
Mən ümidimi kənara atmadım
Onlar şeytana tez uydular

Mən ürəyimi replərə boşaltdım
Bəlkə də peşman oldular
Bitsin hər gün özümə verdiyim bu cavabsız suallar...

Lil Orxan ft Samir Cabbarov - Hanı - Mahnı sözləri,Şarkı sözü,Lyrics Lil Orxan ft Samir Cabbarov - Hanı - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Ocak 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.