İfrat Dünyamalıyev - Kaş ki - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Ifrat Dunyamaliyev - Kas ki
Mahni sozleri,Sarki sozu



Səndə nə görmüşdüm heç özüm də başa düşmürdüm,
Başqa qadınlardan nədir fərqin, bilə bilmirdim.
Dalınca gəlsəm də nə çatırdım, ne görüşmürdüm,
Sən evə gedirdin mən o məhəllədən gələ bilmirdim.


loading...


Birdən yağış yağardı,
Yanımda bir dostum olardı,
-"Get" deyərdim ona qıymazdım,
O, da kor peşman qayıdardı.
Yağışda tək islanardım,
O məhəlləyə bağlanardım,
Gecə düşərdi sabah səni görəcəm,
Ümidiylə evə yollanardım.




Kaş ki, bir də dönək həmin illərə,
Ayrılıq sözü düşməsin dillərə,
Sevgilim o illəri həyat bizə,
Bir daha yaşamaq imkanın verə.



Səhərdən axşamacan dalaşardıq yola getməzdik,
Gecələr səhərə qədər telefondan aslı qalardıq.
Yuxumuz gəlsə də sağollaşmağa ürək etməzdik,
"Dəstəyi qoyma yerə" dinləyərdik yuxuya dalardıq.



Biz qalacağımız evin, yurdun,
Uzun illər xəyalını qurdun,
Men deyirdim oğlumuz olsun,
Sən qız övladı arzulayırdın.
Təm-təraqlı toy istəyərdin,
Bahalı gəlinlik idi dərdin,
Mən dəyəndə ki, pulumuz catmaz,
Arzular pulsuzdur deyərdin.



Kaş ki, bir də dönək həmin illərə,
Ayrılıq sözü düşməsin dillərə,
Sevgilim o illəri həyat bizə,
Bir daha yaşamaq imkanın verə.









#minbirmahni
İfrat Dünyamalıyev - Kaş ki - Mahnı sözləri,Şarkı sözü,Lyrics İfrat Dünyamalıyev - Kaş ki - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Ocak 14, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.