Flora Kərimova - Köçəri Quşlar - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Flora Kerimova - Koceri Quslar
Mahni Sozleri  -  Sarki Sozu






Söz: Cahangir Məmmədov
Mus: Oqtay Kazımi
İfa: Flora Kərimova, 1979
Müşayiət: Nəriman Əzimov, XÇA Orkestri




1.
Ay, köçəri quşlar, hardan gəlirsiz?
Dolaşıb, gəzdiniz hansı elləri?
Bizə təzə-təzə nəğmə deyin siz,
Oyadıb yuxudan, yatan çölləri.
loading...
Nəqarət:

Ürəklər, ürəklər
Sizinçün darıxır, darıxır,
Çiçəklər, çiçəklər
Sizinçün darıxır, darıxır.
Yarpaqlar, yarpaqlar
Əl çalar, alqışlar,
Ay, köçəri quşlar.



2.
Mənim də qəlbimdə bir diləyim var:
Dünyanı dolaşıb, ölkələr görmək.
Amma, bunu bilin, köçəri quşlar,
Öləndə - Vətənin qoynunda ölmək!


REC.
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə - qürbət ölkə,
Ölməyə - Vətən yaxşı!


#minbirmahni
Flora Kərimova - Köçəri Quşlar - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Flora Kərimova - Köçəri Quşlar - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 11, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.