Duet - Aldatmayaq Bir Birimizi - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Duet - Aldatmayaq Bir Birimizi
Mahni Sozleri   - Sarki Sozu


Mus:Hikmət Aslanov
Söz:Rəsmiyyə Sabir



Qız:    Dediyin hər yalan bir ürək yaram,
           Qoyma yalanların oduna yanam,
           Gəl, sözlərimizə qatmayaq haram,
           Aldatmayaq, gülüm, bir-birimizi,
           Qoruyaq yaşadaq bu sevgimizi.


Oğlan:  Gəl, elə olaq ki, inam itməsin,
               İnamın yerinə şübhə bitməsin,
               Bizim aramızdan su da ötməsin,
               Aldatmayaq, gülüm, bir-birimizi,
               Qoruyaq, yaşadaq bu sevgimizi


loading...
Nəq:
        Nə sən yalan danış, nə mən söyləyim,
        Qoyma ki, sözündən şübhə eyləyim,
        Səndən həqiqətdir bircə diləyim,
        Aldatmayaq, gülüm bir-birimizi,
        Qoruyaq, yaşadaq bu sevgimizi

Qız:  Sən gerçəyi söylə olsa da acı,
         Doğru sözlərinin qəlbim möhtacı
         Budur eşqimizin daim əlacı
         Aldatmayaq, gülüm, bir-birimizi 
         Qoruyaq, yaşadaq bu sevgimizi.

Oğlan: Böyük xəzinəmiz qoy inam olsun,
            Hər zaman ürəklər inamla dolsun,
            Qoymayaq sevgimiz yalandan   
             solsun,
            Aldatmayaq, gülüm, bir-birimizi,
            Qoruyaq yaşadaq bu sevgimizi.




#minbirmahni



Duet - Aldatmayaq Bir Birimizi - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Duet - Aldatmayaq Bir Birimizi - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.