Aydın Sani - Səhv - Mahnı Sözləri - Şarkı Sözü, Lyrics
Aydin Sani - Sehv
Mahni Sozleri - Lyrics
Hər dəfə qəlb qırmaq ilə məqsədinə yetməyəcəksən,
Sənli olan hissləri sənsizliyə öyrətməyəcəksən,
Öz seçimindir necə istərsən elə olsun həyatın
Bəs hanı söz vermiş idinki məni tərk etməyəcəksən
Sevgidə güc yox sənə dərs keçməyə yox halım
Getməyə məcbursan əgər qalma
Sən məni kimlərləsə səhv salma
İncimə məndən sənə dərs keçməyə yox halım
Getməyə məcbursan əgər qalma
Mən bu vəfasızlığa layiq deyiləm zalım
Sən məni kimlərləsə səhv salma
Sanma ki, birlikdə keçən ömrü geri qaytaracaqsan,
Çox hələ peşman olub arxamca düşüb yalvaracaqsan,
Sonraki peşmançılığın faydası olmurki əzizim,
Mənlə keçən günləri bundan sonra çox axtaracaqsan
Sevgidə güc yox sənə dərs keçməyə yox halım
Getməyə məcbursan əgər qalma
Mən bu vəfasızlığa layiq deyiləm zalım
Sən məni kimlərləsə səhv salma
İncimə məndən sənə dərs keçməyə yox halım
Getməyə məcbursan əgər qalma
Mən bu vəfasızlığa layiq deyiləm zalım
Sən məni kimlərləsə səhv salma
Söz-Mus: Aydın Sani
MinBirMahni
Hiç yorum yok: