O nə xaldır yanağında - Mahnı Sözləri Şarkı Sözü Lyrics





"O nə xaldır yanağında"
("Qızılgül" operettasından Ayaz və Qərənfilin
deyişməsi)


Mahnı Sözləri Şarkı Sözü Lyrics




Söz: Qasım Qasımzadə
Mus: Soltan Hacıbəyov
İfa: Xan Şuşinski və Şövkət Ələkbərova



1.
Oğlan:
Keçən il gördüm səni,
Heyran eylədin məni.
Gözəl qız, al geyinib,
Gəl, ol anam gəlini.
O nə xaldır yanağında?
Öldürmə qız məni,
Sevirəm səni.
Ah, necə sevdim, yar,
Mən necə sevdim, yar!



Qız:
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən.
Lakin, mən sevməyirəm,
Onu da bilməlisən.


Nəqarət:
Oğlan:
Qızların adətidir
Sevdiyi oğlana naz eylər!


Qız:
Nə qədər naz eyləsə,
Oğlan aldadıb, yoldan eylər.
Oğlan:
Sevgiyə naz nə gərəkdir?

Qız:
Sevgisiz naz ola bilməz!

2.
Oğlan:
Yenə könlümün quşu
Uçdu yar budağına.
Səni görçək, nəzərim
Düşdü ağ buxağına.
O nə xaldır yanağında?
Öldürmə qız məni,
Sevirəm səni.
Ah, necə sevdim, yar,
Mən necə sevdim, yar!

Qız:
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən.
Lakin, mən nişanlıyam,
Əlini üzməlisən.


MinBirMahnı
O nə xaldır yanağında - Mahnı Sözləri Şarkı Sözü Lyrics O nə xaldır yanağında - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Aralık 04, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.