Bir gül seçdim yar üçün - Mahnı Sözləri Şarkı Sözü Lyrics


Mahni Sozleri Lyrics Şarkı Sözü



"Bir gül seçdim"
Söz: Teymur Elçin
Mus: Fikrət Əmirov
İfa: Zeynəb Xanlarova        


                                      
1.
Bağban oldum bar üçün,
Bir gül seçdim yar üçün,
Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün.

Durna uçmaz yaralı,
Sənsiz bağçam saralı,
Ürəyin, ay qız, nə deyir,
Görəsən, məndən aralı?

Nəqarət:
Bağım-bağçam, a gülüm,
İncəm-qönçəm, a gülüm,
Çəkdirmə cəfa mənə!
Can dedim, can dedim,
Sən mənə, gözəl!

Eşqin dəniz - bir içim,
Doldur, ay qız, ver içim,
Canımı qurban eylərəm
Dərdimə dərman yar üçün.
2.
Leyli, Məcnun dil olub,
Eşq oduna kül olub,
Aşiqi hicran qərq edib,
Göz yaşı axıb sel olub.



MinBirMahnı
Bir gül seçdim yar üçün - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bir gül seçdim yar üçün - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Aralık 04, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.