Mübariz Tağıyev - Bayatılar - Mahnı Sözləri, Şarkı Sözü,Lyrics







"Bayatılar"
(Ənvər Əblucun "Bircəciyim" filmindən)
Söz: Vaqif Səmədoğlu
Mus: Mobil Babayev
İfa: Mübariz Tağıyev, 1988
Müşayiət: Rafiq Babayev, AzTv/Rad ESO


1.
Donu tik, üz ilməni,
Şanə tək düz ilməni.
Vəfalı dost yad olmaz,
Görməsə yüz il məni.

Nəqarət:
Əziziyəm, gül bağda,
Bülbül bağda, gül bağda,
Sənsiz bağa girmərəm,
Xəzəl olsa gül bağda.

2.
Qaşların əyər məni,
Gözlərin süzər məni.
Mən dostluqda möhkəməm,
Tanısan əgər məni
3.
Mən aşıq xoşa dalı,
Xoş üzlü, xoş ədalı.
Mərd igiddə qaydadır
Meydanda xoş ad alı.

MinBirMahni
Mübariz Tağıyev - Bayatılar - Mahnı Sözləri, Şarkı Sözü,Lyrics Mübariz Tağıyev - Bayatılar - Mahnı Sözləri, Şarkı Sözü,Lyrics Reviewed by noname on Ekim 07, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.