Miri Yusif - Xatirə - Mahnı Sözləri, Şarkı Sözü Lyrics




Miri Yusif - Xatirə - Mahni Sozleri - Lyrics
Söz: Əli Xəyyam, Okaber
Musiqi: Miri Yusif
Aranjiman: Emin Kərimi
Bənd - 1
Duysan ürəyimin harayını
Bəlkə qayıdarıq o illərə
Birgə neçə küçələrdə qaçdıq
Neçə sabahları açdıq 

Bilsən necə darıxmışam
Tənha qalıb Bakının küləkləri
Hərdən xatirələr boğar məni
Bizdən nə qalacaq ki geriyə?
Unutmaq olmur de niyə?
Sənsiz bu ömrü neynirəm?




Nəqarət
Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər sətri qalar dillərimizdə
Soyuq məzar tək mi qalar?
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq


Bənd - 2
Səndən geriyə qalmadı heç nə
Təkcə xatirələr, yaşananlar
Ağrı verər sənə bənzəyənlər
Ömrümü hər bəzəyəndən
Səni olmaz əvəzedən

Tanrı sən qucaqla onu bərkdən
Səndən başqası yoxdur ürəkdə
Dostlar ağlayar gizlince yenə
Yerin çox görsənir deyə
Yaxşı insanlar tez gedər..




Nəqarət
Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər sətri qalar dillərimizdə
Soyuq məzar tək mi qalar?
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq
MinBirMahnı
Miri Yusif - Xatirə - Mahnı Sözləri, Şarkı Sözü Lyrics Miri Yusif - Xatirə - Mahnı Sözləri, Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 22, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.