Miri Yusif - Ad Günü - Mahnı Sözləri, Şarkı Sözü Lyrics



Miri Yusif - Ad Gunu - Mahni Sozleri Lyrics
Musiqi: RG, Orxan Qarabasma (Aftermad)
Söz: RG, Orxan Qarabasma (Aftermad)







Nəqarət
Bu gün sənin ad günün,
Bu gün sənin şad günün.
Arzuları söndürdün üfürüb,
Söndürdüyün şam kimi.

loading...
Bu gün sənin ad günün,
Gülüm sənsiz bərbad günüm
Keçir saat on ikini
Təbrik edirəm yad kimi.



Bənd - 1
Mən sənə dəli-divanə
Sən hisslərimə biganə
İnanmaram daha mən,
Aldanmaram daha mən
Gətirsən də bəhanə.


Yaş üstünə yaş artar
Həsrətin gözlərimi yaşardar
Mən yollarında avarə
Bu ürəyi yalnız sənə etmişdim həvalə


Bir sonu var bu əhvalatın,
Sənə sərf etdiyim hər saatım,
Sənlə keçən keçmiş həyatım
Ad Gününə hədiyyəm olsun.



Bənd - 2

Al, ad gününə hədiyyəm
Sənə həsr olunur mədhiyyəm
Yoxdur məndə bəd niyyət
Qərarımda qətiyyəm
Geri dönmə qətiyyən!

Budur verdiyin dəyər
Gördüm kim nəyə dəyər
Ürək sənsiz göynəyər,
Mənsiz görsə nə deyər səni mənlə görənlər?!


Bir sonu var bu əhvalatın,
Sənə sərf etdiyim hər saatım,
Sənlə keçən keçmiş həyatım
Ad Gününə hədiyyəm olsun.




MinBirMahnı
Miri Yusif - Ad Günü - Mahnı Sözləri, Şarkı Sözü Lyrics Miri Yusif - Ad Günü - Mahnı Sözləri, Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 22, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.