Cavanşir Məmmədov - Bakı Bayatıları, Mahnı Sözləri,Şarkı Sözü,Lyrics




"Bakı bayatıları"
Söz: İsa İsmayılzadə
Mus: Ruhəngiz Qasımova
İfa: Cavanşir Məmmədov, 1997
1.
Əziziyəm, Xəzərə,
Yağış yağdı Xəzərə.
Yardan bir "hə" alınca,
Yalvarmışam min kərə.
Nəqarət:
Bakıda xəzri əsdi,
Əsdi, səbrimi kəsdi.
Yaxan düymələ, ay qız, (ey yar)
Məni incitmə, bəsdi!
2.
loading...
Pəncərədən əl eylər,
Gözləri gəl-gəl eylər.
O işvə ki, səndə var,
Axırda əngəl eylər.
Nəqarət:
Gilavar yaman əsdi,
Əsdi, səbrimi kəsdi.
Yarım toy həvəsində,
Aman, yaman tələsdi!
3.
Dərya yaman daralır,
Solub, rəngim saralır.
Həsrət, alma canımı,
Bir canım var, yaralı.
4.
Yaz günündə qar olmaz,
Söyüd qalxar, bar olmaz.
Bu mindilli qızlarda
Əhdə etibar olmaz.
Nəqarət:
Gilavar yaman əsdi,
Əsdi, səbrimi kəsdi.
Yarım toy həvəsində,
Aman, yaman tələsdi!
Cavanşir Məmmədov - Bakı Bayatıları, Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Cavanşir Məmmədov - Bakı Bayatıları, Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 20, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.