Güldəstə, Mahnı Sözləri, Lyrics + Karaoke Minus

GÜLDƏSTƏ, Xalq Mahnısı
Mahnı Sözləri,
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı



1 ci bənd

Fayton bizim olaydı
Yolu uzun olaydı
Yarım bizə gələndə
Gecə uzun olaydı...

Əzizinəm oyuna
Oyna baxım oyuna
O gün olsun biz gələk
Subayların toyuna...

- nəq -
Oyna yarım Güldəstə
Oyna gülüm  Güldəstə
Gəl çıxaq çəmən üstə
Gül dərək dəstə - dəstə

2 ci bənd

Fayton gələr toz eylər
Oğlan qıza göz eylər
Oğlan vəfasız olmaz
Hər nə etsə qız eylər

Əzizinəm oyuna
Oyna baxım oyuna
O gün olsun biz gələk
Subayların toyuna...

- nəq -

Oyna yarım Güldəstə
Oyna gülüm  Güldəstə
Gəl çıxaq çəmən üstə
Gül dərək dəstə - dəstə

3 cü bənd

Mixək əkdim ləyəndə
Mixək boynun əyəndə
O günə qurban olum
Yarım bizə gələndə...

Əzizinəm oyuna
Oyna baxım oyuna
O gün olsun biz gələk
Subayların toyuna...

- nəq -

Oyna yarım Güldəstə
Oyna gülüm  Güldəstə
Gəl çıxaq çəmən üstə
Gül dərək dəstə - dəstə






Güldəstə, Mahnı Sözləri, Lyrics + Karaoke Minus Güldəstə,  Mahnı Sözləri, Lyrics + Karaoke Minus Reviewed by minbirmahni on Mart 10, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.