Brilyant Dadaşova , Əgər Məni Unutsan, Mahnı Sözləri, Lyrics + Karaoke Minus

BRILYANT DADAŞOVA,
ƏGƏR MƏNI UNUTSAN,
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd
Zirvələrdə çən olaram
Sevgim blyda qəm olaram
Məndə dönüb sən olaram
Əgər məni unutsan...


İnan mənim sözlərimə
Kölgə düşər izlərimə
İnanmaram gözlərimə
Əgər məni unutsan...

- nəq -

Yollarına yağan qaram
Sənin ilə məndə varam
Mən özümü unudaram
Əgər məni unutsan...

2 ci bənd

Sevinc qəmlə əkiz olar
Sevinc qəmlə əziz olar
Bütün dünya sənsiz olar
Əgər məni unutsan...

Çaylar, sular nəğmə kimi
Bu hicranın sarı simi
Dilləndirər ürəyimi
Əgər məni unutsan...

- nəq -

Yollarına yağan qaram
Sənin ilə məndə varam
Mən özümü unudaram
Əgər məni unutsan...


Söz: Baba Vəziroğlu
Mus: Faiq Sucəddinov


Brilyant Dadaşova , Əgər Məni Unutsan, Mahnı Sözləri, Lyrics + Karaoke Minus Brilyant Dadaşova , Əgər Məni Unutsan, Mahnı Sözləri, Lyrics + Karaoke Minus Reviewed by minbirmahni on Mart 09, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.