İlk Bahar (Yaz Gülə Gülə) Mahnı Sözləri, Lyrics

İLK BAHAR
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı



1 ci bənd

Yenə gəldi ilk bahar, yaz gülə gülə.
Buqədər gəl etmə yar, naz gülə gülə.
Səni sevdim qəlbimdə ey gözəl pəri
Mənə sözylə bir şirin söz gülə gülə...

- nəq -

Mən aşiq bəndəm gülə,
Bülbüləm bəndəm gülə,
Xəstəyəm qalıb əlacım
Bir şirin dilə...

- zil -

Sevən aşiq a gülüm görməz dünyanı
Qara qaşın ağ üzün oldum heyranı
Niyə mındən gizlədirsən eşqini sən?

- nəq -

Mən aşiq bəndəm gülə
Bülbüləm bəndəm gülə
Xəstəyəm qalıb əlacım
Bir şirin dilə...

2 ci bənd

Açılıb hər yan çiçək bax gözəl gözəl
Telinə əlvan çiçək tax gözəl gözəl
Yanıram hicrinlə mən dön sərin suya
Ürəyimə sel kimi ax gözəl gözəl

- nəq -

Mən aşiq bəndəm gülə
Bülbüləm bəndəm gülə
Xəstəyəm qalıb əlacım
Bir şirin dilə...

- zil -

Cavan ömrüm şad olar sələr dünyanı
Qara qaşın ağ üzün oldum qurbanı
Niyə məndən gizlədirsən eşqini sən?

- nəq -

Mən aşiq bəndəm gülə
Bülbüləm bəndəm gülə
Xəstəyəm qalıb əlacım
Bir şirin dilə...

Mus: Tofiq Quliyev
Söz:  Zeynal Cabbarzadə
İlk Bahar (Yaz Gülə Gülə) Mahnı Sözləri, Lyrics İlk Bahar (Yaz Gülə Gülə) Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Şubat 29, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.