Akif İslamzadə, Qurban Verərdim, Mahnı Sözləri, Lyrics + Karaoke Minus

AKİF İSLAMZADƏ
QURBAN VERƏRDIM
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı

1 ci bənd

Mənə bircə kəlmə  " Can "  söyləsəydin,
O bircə kəlmənə, min can verərdim.
Ömrümə, günümə dərd eyləsəydin,
Ömrümü, günümü qurban verərdin.


- nəq -

O çağlar necədə mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar
Ötən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim...

2 ci bənd

Bexdirdim, mən səni sədaqətimlə,
Qaldım həzrətimlə, müsibətimlə,
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim...

- nəq -

O çağlar necədə mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar
Ötən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim...

3 cü bənd

Öylə ayrəldıq ki, səninlə, ey gül,
Birdə ayrılıqdan ayrı düşmərik
Ah, bu son hicranın vüsalı  müşkül
Dağ dağa rast gələr,  biz görüşmərik...

- nəq -

O çağlar necədə mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar
Ötən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim...
Mus: Elza İbrahimova
Söz: Rəfiq Zəka





Akif İslamzadə, Qurban Verərdim, Mahnı Sözləri, Lyrics + Karaoke Minus Akif İslamzadə,  Qurban Verərdim, Mahnı Sözləri, Lyrics + Karaoke Minus Reviewed by minbirmahni on Şubat 29, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.