Elvin Mirzəzadə, Onun Ürəyində Özgəsi Vardı, Mahnı Sözləri, Lyrics

ELVİN MİRZƏZADƏ
ONUN ÜRƏYINDƏ ÖZGƏSI VARDI
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Mən onu sevirdim , canım yansada
O məni sadəcə dostu sansada
Günəş tək başıma hey dolansada
Yanımda həsrətin gölgəsi vardı...


Gah ona qısqanıb, gah  inciyərdim
Özümə ən aciz adam deyərdim
Dilimdə güya ki, çox istiyərdim
Qəlbimdə sevirəm kəlməsi vardı...

- nəq -
Çünki onun ürəyində özgəsi vardı...
Çünki onun ürəyində özgəsi vardı...

2 ci bənd

O nə vaxt gülürdü, məndə gülürdüm.
Sevinci bölürdüm, qəmi bölürdüm.
Bu yolun sonunu, dəqiq bilirdim...
Hardasa ayrılıq döngəsi vardı

- nəq -

Çünki onun ürəyində özgəsi vardı...
Çünki onun ürəyində özgəsi vardı...

- zil -

Mənə sevdiyindən danışan o qız
Bilmirdi sevirəm mən onu yalnız
Bir film kimi idi yaşadığımız
Bu filmin sonuncu səhnəsi vardı...

- nəq -

Çünki...

Çünki onun ürəyində özgəsi vardı...
Çünki onun ürəyində özgəsi vardı...

Qəlbimfə sevirəm kəlməsi vardı...
Amma onun ürəyində özgəsi vardı...
Elvin Mirzəzadə, Onun Ürəyində Özgəsi Vardı, Mahnı Sözləri, Lyrics Elvin Mirzəzadə, Onun Ürəyində Özgəsi Vardı, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Şubat 21, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.