Əllərin dəymir əlimə dəymir nə vaxtdır - Mahnı sözləri, Şarkı sözü,Lyrics

Əllərin əlimə dəymir nə vaxtdır



Mus.: Sevda Məmmədli
Söz.: Zahir Abbas



Əllərin əlimə dəymir nə vaxtdır 
Elə bil qanadı sınmış bir quşam.
Bu ömür yolumdan çox gözəl keçib
Tək sənin sevginə möhtac olmuşam



Əllərin əlimə dəymir nə vaxtdır 
Sanki dünyam mənə, inan, dar gəlir.
Ömrümüz mənasız, ömrümüz viran
Vallah, yaşamaq da mənə ar gəlir.



Əllərin əlimə dəymir nə vaxtdır 
Mənə yad gələrdi qohumum, yadım
Əllərin əlimə dəymir nə vaxtdır 
Yadımdan çıxardı öz doğma adım



Bəs niyə o hisslər öldü, əzizim
Doğmalar içində sənə yad oldum
Eşqimin alovu söndü, əzizim
Sənə baş töhməti, ləkə, ad oldum



Ömrümdə ömürlük xatirə - izin
Yolunu hər zaman gözləyəcəyəm
Ömrümə bircə gün qalsa da, gülüm,
Hər zaman,hər zaman "sən" deyəcəyəm.

Əllərin dəymir əlimə dəymir nə vaxtdır - Mahnı sözləri, Şarkı sözü,Lyrics Əllərin dəymir əlimə dəymir nə vaxtdır - Mahnı sözləri, Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Şubat 21, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.