Ey pəri - Mahnı sözləri,Şarkı sözü, Lyrics
Ey pəri
Mus. Ağabacı Rzayeva
Söz.: Zeynal Cabbarzadə
Sən gözəl ahusan, izlərəm səni
Heç verən olmadı soraq, ey pəri
Hanı bu dünyada yarın məskəni
Gəzərəm əlimdə çıraq, ey pəri.
Nəq.:
İstərəm hər zaman yaşayaq qoşa
Eşqim, məhəbbətim gəlibdir coşa
Gəl düş bu aşiqi, gözəlim, başa
Bu gözəl dövranı quraq, ey pəri
Hüsnün qərənfildən, lalədən gözəl
Şadlıq sevincinən, nalədən gözəl
Ey şair Zeynalı lal edən gözəl
Gəl birgə toy-düyün quraq, ey pəri.
Ey pəri - Mahnı sözləri,Şarkı sözü, Lyrics
Reviewed by Mrs-N
on
Şubat 15, 2020
Rating:
Hiç yorum yok: