Vasif Əzimov - Sən ağılda mən ağılda - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Vasif Əzimov - Sən ağılda mən ağılda 



Sözləri

Kimi sevsən o baxışlar, o nəvaziş geri gəlməz
Hamını aldadar insan özünü aldada bilməz
Bu ağılsız, dəli könlün edən hər səhvi bağışla
Ürəyim sönmüş ocaqdır dağılar bir toxunuşla





Biz o gün eyni buluddan süzülən bir yağış idik
Elə bil bir-birimizlə uzun illər tanış idik
Belə sevda ola bilməz nə filimdə, nə nağılda
Dəli bir sevgi böyütdük sən ağılda, mən ağılda





Bu ürək həm də sənindir onu qəm-qüssə sıxırsa
Mənim üçün döyünürsə, sənin üçün darıxırsa
Yenə bir körpə ümidnən açılan nurlu səhərdən
Sənə məktub yazıram mən günəşin batdığı yerdən.
Vasif Əzimov - Sən ağılda mən ağılda - Mahnı sözləri,Şarkı sözü,Lyrics Vasif Əzimov - Sən ağılda mən ağılda - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Aralık 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.