Şöhret Memmedov - Xatireler - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Məni tərk etdin o, gündən inan heç gülmür üzüm
Ayrılıq dərdimə tab etmir ürək yoxdu dözüm
Otağımdan asılan rəsminə baxdıqca gözüm
Oyanır gizlicə qəlbimdə şirin xatirəlar
Oyanir gizlicə qəlbimdə şirin xatirələr
Elə ayrildığımız gün mənə dərd oldu şərik
Elə hey qəm çəkirəm yoxdu aman bir gecəlik
İnan Allaha səni mən unudum bir dəfəlik
Silərəm gəlki mənə vermir izin xatirələr
Silərəm gəlki mənə vermir izin xatirələr
Yaz ey şair, qələm varaqlarinda ovut məni
Unutmaq asandirsa öncə gülüm unut məni
Mən hər gecə gözlərindən dodağina axan yaşam
Aglayib-aglayib dodaqlarınla qurut məni
Aglayib-aglayib dodaqlarinla qurut məni
..................................................................
İçirem badələri çarə olur dərdə şərab
Saxlayıbdı məni dustaq kimi zəncirdə şərab
Özümə söz verirəm içməyəcəm birdə şərab
Yaradir hər dəfə içməyimə zəmin xatirələr
Yaradir her dəfə içməyimə zəmin xatirələr
Bürüyüb qəlbimi həsrətdə olan qüssə kədər
Səninlə bagli olan xatirələr var nə qədər
Urəyim xatirələrlə döyünür şami səhər
Yer tutur qəlbimdə məxsusi həmin xatirələr
Yer tutur qəlbimdə məxsusi həmin xatirələr
Damarlarımda axan sən hər damla qanim mənim
Canimi yandirma rəhm elə cananım mənim
Ama xəlvət, sənə həsrət, bitər əlbət, gecə zülmət
Sən sevgi şikəstəsinə rəngi qatan tarım mənim
Sən sevgi şikəstəsinə rəngi qatan tarım mənim
Şöhret Memmedov - Xatireler - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by Mrs-N
on
Aralık 18, 2019
Rating:
Hiç yorum yok: