Demirəm - Mahnı sözləri,Şarkı sözləri, Lyrics

Demirəm 

Mus.: Sevda Məmmədli
Söz.: Əlağa Aslan



Çökdü yollarıma taleyin çəni,
Sənli günlərimdə itirdim səni.
Özün get demisən,bağışla məni,
Son dəfə yoluna çıxıb, gedirəm.


Nəq.:

Demirəm qəlbində közüm qalacaq
Demirəm dilində sözüm qalacaq.
Gülüm, gözlərində gözüm qalacaq,
Özüm öz könlümü yıxıb, gedirəm
Könlüm çoxdan dönüb bir qəmli neyə,
Qəlbim öyrənibdi elə qəm yeyə
Arxamca izimi itirsin deyə,
Gözümü yollara sıxıb, gedirəm.
Demirəm - Mahnı sözləri,Şarkı sözləri, Lyrics Demirəm - Mahnı sözləri,Şarkı sözləri, Lyrics Reviewed by Mrs-N on Aralık 06, 2019 Rating: 5

1 yorum:

  1. Əgər söhbət Zülfiyyə Xanbabayevanın ifasındakı Demirəm mahnısından gedirsə, bəstəkarı Rəşad Həşimov olmalıdır. Sevda Məmmədli yazılıb. Sevda xanıma da yaraşan işə bənzəyir, lakin bildiyim qədəri ilə hər yerdə Rəşad Həşimov yazılıb.

    YanıtlaSil

Blogger tarafından desteklenmektedir.