Dedim,dedi... - Mahnı sözləri, Şarkı sözləri, Lyrics

Dedim,dedi...




Mus.: Səid Rüstəmov 
Söz.: Hüseyn Arif 



Dedim, telin nə gözəldir,
Yox,yox, ona dəymə - dedi.
Dedim, nə vaxt gəlim sizə?
Qapımızı döymə, dedi.




Dedim, nədir bu işvə-naz?
Dedi,yeri şeirini yaz!
Dedim, ay qız, belə olmax.
Ürəyimə dəymə,- dedi.



Dedim, qövr eləyir yaram
Dedi, sənə yoxdur aram.
Dedim axı sənətkaram
Çox özünü öymə,- dedi.
Dedim,dedi... - Mahnı sözləri, Şarkı sözləri, Lyrics Dedim,dedi... - Mahnı sözləri, Şarkı sözləri, Lyrics Reviewed by Mrs-N on Aralık 03, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.