Aydin Sani & Vasif Azimov - Bu Aralar - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Aydin Sani & Vasif Azimov - Bu aralar söz/mus : Vasif Azimov, Aydin Sani Aranjman : İlqar Ilham 


SÖZLƏR 



Yaxşı ki, bir xatirə şəklin var, 
Baxıram ona başım biraz qarışır. 
Şəklin səndən etibarlı çıxdı. 
O hər gün mənimlə dinir-danışır. 



*** 
Bəlkə bu gün, bəlkə sabah gəldin. 
İzləyirəm pəncərəni, qapını 
Hər közərən bir siqaret, bir ümid Doldururam hər gecə kül qabını. 


**

Gedəndə məni almısan məndən, 
Bilmirəm kimi görmüşəm səndə, 
Mən bir öldüyüm günü bilmirdim, 
Onu da gördüm axırda sayəndə. 

*** 



Bir tərəfdə başımdakı xəyalın, 
Bir tərəfdə ürəkdəki yaralar 
Sanki nə varsa gəlib üst-üstə 
Dəymə mənə çox pisəm bu aralar. 



*** 



Sən imişsən yaşamaq üçün həvesim 
Daha yoxsan ölü kimiyəm sənsiz. 
Adın gələndə daralır nəfəsim. 
Bilsən, necə dəliyəm kimiyəm sənsiz. 


*** 
Qorxma, yetimin ahı yerdə qalmaz Mənimki də qalmayacaq biləsən, 
Məni ki, bu vəziyyətdə qoyub getdin. Görüm səni peşman olub gələsən.



 *** 
Gedəndə məni almısan məndən, 
Bilmirəm kimi görmüşəm səndə, 
Mən bir öldüyüm günü bilmirdim, 
Onu da gördüm axırda sayəndə.



 *** 
Bir tərəfdə başımdakı xəyalım, 
Bir tərəfdə ürəkdəki yaralar. 
Sanki nə varsa gəlib üst-üstə. 
Dəyməz mənə çox pisəm bu aralar.

Aydin Sani & Vasif Azimov - Bu Aralar - Mahnı sözləri,Şarkı sözü,Lyrics Aydin Sani & Vasif Azimov - Bu Aralar - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Aralık 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.