Danışanda, güləndə - Mahnı sözləri, Şarkı sözləri, Lyrics
Danışanda, güləndə
Mus.: Ələkbər Tağıyev
Nur çilənir gözlərimə gözlərindən,
Sən mənimlə danışanda, güləndə,
Ətir yağır nəfəsindən, sözündən,
Sən mənimlə danışanda, güləndə.
Naz-qəmzəni var-dövlətim sanaram,
Xoşbəxtliyin zirvəsimə qonaram,
Sən mənimlə danışanda, güləndə
Nəq.:
Taleyimin yollarına bəzəksən,
Qanadlanan arzulara diləksə.
Gülüm mənə sən bir əziz çiçəksən,
Sən mənimlə danışanda, güləndə.
Nur çilənir, gözlərimə gözündən,
Sən mənimlə danışanda, güləndə.
Ətir yağır nəfəsindən, sözündən
Sən mənimlə danışanda,güləndə.
Yanaqların gözlərindən nur alar,
İncə qəlbin bağrım üstə yurd salar,
Könül coşar, baxışından odlanar,
Sən mənimlə danışanda, güləndə.
Danışanda, güləndə - Mahnı sözləri, Şarkı sözləri, Lyrics
Reviewed by Mrs-N
on
Kasım 30, 2019
Rating:
Hiç yorum yok: