Dağlar - Mahnı sözləri,Şarkı sözü, Lyrics

Dağlar



Mus.: Ramiz Mustafayev
Söz.: Rəfiq Zəka





Bu gözəl təbiəti nə gözəl bəzərsiniz
Ey ətəyi çiçəkli, zirvəsi qarlı dağlar.
Səhər axşam kiminsə yolunu gözlərsiniz
Kimdir gözlədən sizi, ay etibarlı dağlar!



Neçə kənd yuva salmış səfalı kölgənizdə
Qartallar keşik çəkər ən uca zirvənizdə
İlin hər  mövsümündə dilbər görünsəniz də
Sizi görmək istərəm mən ilk baharda, dağlar!




Buludlar fikrinizdir, xəyala dalarsınız
Rüzgarların səsindən göyə ucalarsınız,
Bulaqlar çağlayınca mahnılar çalarsınız,
Ey nəğməkar ürəkli, şair vüqarlı dağlar!
Dağlar - Mahnı sözləri,Şarkı sözü, Lyrics Dağlar - Mahnı sözləri,Şarkı sözü, Lyrics Reviewed by Mrs-N on Kasım 26, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.