Çox darıxmışam - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Çox darıxmışam



Mus.: Məmmədbağır Bağırzadə
Söz.: Əhmədağa Şahin



Buludlar baş alıb harasa gedir,
Göylər qəzəbindən ağlayır nədir,
Həsrətin qəlbimi pərişan edir,
Hardasan, gözləri yolda qalmışam,
Qayıt, gəl, səninçün çox darıxmışam.



Nəq.:


Üzmüşəm qəlbimi həsrətinlə mən
Şikayət etmirəm məhəbbətimdən.
Hardasan,hardasan qayıt geri sən,
Sənsiz dünya qəfəs,mən də bir quşam.
Qayıt,gəl, səninçün çox darıxmışam.



Sən mənim qəlbimdən gəlib keçmisən
Eşqinin sultanı məni seçmisən,
Dönərsən eşqinə tezmi-gecmi sən,
Hardasan gözləri yolda qalmışam.
Qayıt, gəl, səninçün çox darıxmışam.



Sevənlər dünyada əbədiləşdi.
Nağıla, dastana adları düşdü,
Bilmirəm bu nə sirr, bu necə işdi,
Sənsiz bir gecəni bir il sanmışam,
Qayıt, gəl, səninçün çox darıxmışam.
Çox darıxmışam - Mahnı sözləri,Şarkı sözü,Lyrics Çox darıxmışam - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Kasım 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.