Çiçəklərin çiçəyisən - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Mus.: Əlibaba Məmmədov 
Söz.: Rasim Kərimli


Çiçəklərin çiçəyisən,
Göyçəklərin göyçəyisən.
Qızıl gülün ləçəyisən,
Tərlan könlüm arar səni.



Gümüş kəmər bel axtarar,
Yaşılbaşlar göl axtarar.
Bülbül olan gül axtarar,
Sevən oğlan tapar səni.


Sən Əsli ol, mən Kərəmin,
Gəl daşını ataq qəmin.
Bu dünyanın, bu aləmin,
Yalqızlığı yorar səni.


Hər vaxt məni ana bilsən,
Eşqi günəş sana bilsən,
Alovlanıb yana bilsən,
Budağımdan qopar məni



İnsaf elə, mürvət elə,
Salma məni dildən-dilə.
Mərhəmətsiz olma belə,
Bir gün ahım tutar səni.


Ovçu gəzər, maral qaçar,
Ov axtaran dağlar aşar.
Qız yalvarsa ucuzlaşar,
Hünərin var, apar məni.
Çiçəklərin çiçəyisən - Mahnı Sözləri Şarkı Sözü Lyrics Çiçəklərin çiçəyisən - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Kasım 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.