Çağırır Vətən! - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Çağırır Vətən!



Mus.: Oqtay Kazımi
Söz.: Cabir Novruz 



Haraya,imdada çağırır Vətən
Xilasa, nicata çağırır Vətən.
Qan içən düşməndən qisas almasaq,
Tutsun gözümüzü bu ana torpaq.
Bu ana torpaq,bu ana torpaq.
Tutsun gözümüzü bu ana torpaq.



Qeyrətdən,namusdan zireh geyinib,
Gedirik, zəfərsiz dönən deyilik.
Gəlirik susduraq səni, ey iblis,
Bu olum, bu ölüm savaşında biz,
Bu olum, bu ölüm savaşında biz,



Döyüşə gedirik, çağırır Vətən
Gərək diz çökdürək yağını, Vətən.
Əzilsin o mənfur düşmənin başı,
Bu ellər oxusun qələbə marşı.
Qələbə marşı, qələbə marşı.
Bu ellər oxusun qələbə marşı.
Çağırır Vətən! - Mahnı Sözləri Şarkı Sözü Lyrics Çağırır Vətən! - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Kasım 09, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.