Bəxtəvər oldu - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus: Tofiq Quliyev)

Bəxtəvər oldu
Mus: Tofiq Quliyev
Söz: Əfzələddin Xaqani
---

Getdikcə bu eşqin mərəzi pürxətər oldu,
Dərman elədikcə ona, döndü betər oldu.
Eşqin odu yandırdı mənim canımı, ey vah!
Bu vaqiədən cümlə-cahan bixəbər oldu.
Həsrətdə qalıb, vəslə ümid eyləmişəm mən
Zülmətdə qalıb istəyim hər an qəmər oldu
Sənsiz gözəlim hicrə dözüb zəhr içərdim
Gəlcək yanıma zəhr dönüb bal-şəkər oldu.

Gördüm səni mən dərdü aləm getdi dağıldı
Əhvalıma bax,sanki gecəydi səhər oldu
Xaqani sevin indi yarın rəhmə gəlibdir
Bundan sonra könlüm deyəsən bəxtəvər oldu.



Bəxtəvər oldu - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus: Tofiq Quliyev) Bəxtəvər oldu - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus: Tofiq Quliyev) Reviewed by Mrs-N on Eylül 09, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.