Bəxtiyaram mən - Mahnı sözləri, Lyrics, Şarkı sözü

Bəxtiyaram mən


Mus: Şəmsi Kərimov
Söz: Bəxtiyar Vahabzadə


Ömrün payızında sevdim, sevildim
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.


Nəq.:
Özün bir aləmsən, eşqin bir aləm
Sən olan könüldə nə qüssə, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm
Səninlə dünyada bəxtiyaram mən
Mey olsan yanında bir qədəh ollam
Gül olsan, çətrini öpən meh ollam
Ot olsan bir anda dönüb şeh ollam
Dağ olsan, zirvənə yağan qaram mən.

Nəq.:
Sevgiyə hədd qoymaq, düzü günahdır
Cahilin hər işi, sözü günahdır
Eşqi günah saymaq, özü günahdır
Kim deyir, eşqimdə günahkaram mən?





Bəxtiyaram mən - Mahnı sözləri, Lyrics, Şarkı sözü Bəxtiyaram mən - Mahnı sözləri, Lyrics, Şarkı sözü Reviewed by Mrs-N on Eylül 16, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.