Bəs deyilmi - Şarkı sözü, Mahnı sözləri, Lyrics Mus.: Oqtay Rəcəbov

Bəs deyilmi


Mus.: Oqtay Rəcəbov
Söz.: Zivər Ağayeva
Bir kədərli an üçün
Verrəm neçə xoş ilimi.
Sevincimi, gülüşümü
Bu da sənə bəs deyilmi.

Nəq.:
Bircə arzum dönsə buza,
Hay çəkərəm mən ulduza
Döndərərəm qışı yaza,
Bu da sənə bəs deyilmi.

Bu möhnətdən, bu həsrətdən
Saçlarına düşərsə dən
Al gözümün rəngini sən
Bu da sənə bəs deyilmi.

Nəq:
Sən istədin tək bir çiçək
Gülüstana dönüb ürək
Məhəbbətdən hördüm çələng,
Bu da sənə bəs deyilmi.





Bəs deyilmi - Şarkı sözü, Mahnı sözləri, Lyrics Mus.: Oqtay Rəcəbov Bəs deyilmi - Şarkı sözü, Mahnı sözləri, Lyrics   Mus.: Oqtay Rəcəbov Reviewed by Mrs-N on Eylül 18, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.