Bir baxışla Mus: Zamiq Əliyev Söz Bəxtiyar Vahabzadə Elə baxdın qış günü Qar əridi, gül açdı Gül bülbülə, şeh ota Meh dağa könül açdı. Bir baxışla elə bil Zülmətə nur çiləndi Bir baxışla sevgilim Dağ daş da nəğmələndi. Bir baxışla sevgilim Dünya gülə bələndi Bir baxışla bir anda Ömür də təzələndi
Hiç yorum yok: