Konul Kerimova - Bir aləm var - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bir aləm


Mus: Cabbar Musayev
Söz: Xanım İsmayılqızı


Göydən yağan yağışda
Hər bir süzgün baxışda
Bir aləm var, bir aləm
Günəşin batmasında

Ulduzun axmasında
Bir aləm var, bir aləm.
Fəsillər qucağında
Sevginin ocağında 

Bir aləm var, bir aləm
Dünyaya doğulmaqda
Ürəkdən oxumaqda
Bir aləm var, bir aləm

Bir aləm var, bu dünyada
Bir aləm var, bir aləm.
Sevərək sevilməkdə, bu çırpınan ürəkdə,
Bir aləm var, bir aləm.
Mən Allah bəndəsində, sevgi dolu səsində
Bir aləm var, bir aləm.



Konul Kerimova - Bir aləm var - Mahnı Sözləri Şarkı Sözü Lyrics Konul Kerimova - Bir aləm var - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Eylül 29, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.