Bilə-bilə - Şarkı sözü,Mahnı sözləri,Lyrics Mus.:Rauf Məmmədov

Bilə-bilə

Mus.:Rauf Məmmədov
Söz.: Vüqar Əhməd


Bir dönüb baxaydın hər aya,ilə
Ötən günlərimi sən silə-silə
Mənə qəse edirsən, hey gülə-gülə,
Toxunma qəlbimə sən bilə-bilə.

Göz yaşlarım döndü gur çaya,selə
Sənin məhəbbətin beləymiş, belə.
"Yox" sözün eşidib düşmüşəm dilə
Toxunma qəlbimə sən bilə-bilə.

Toxunma sızlayan Məcnun qəlbimə
Sənə güvənirdim - mən öz Leylimə.
Gözümdə yaşlarım, bax gilə-gilə,
Toxunma qəlbimə sən bilə-bilə.

Qəsd etdin həm mənə, həm bir nəsilə
Vermədin səsini mənim səsimə
Nələr çəkdiyimi sən bilə-bilə,
Toxunma qəlbimə sən bilə-bilə.

Nəq.:

Ay gülüm , hörmət et bu xalqa,elə,
Yaman inadkarsan, nə olub belə.
Bircə "hə" sözünlə çalaq qələbə,
Toxunma qəlbimə sən bilə-bilə.





Bilə-bilə - Şarkı sözü,Mahnı sözləri,Lyrics Mus.:Rauf Məmmədov Bilə-bilə - Şarkı sözü,Mahnı sözləri,Lyrics   Mus.:Rauf Məmmədov Reviewed by Mrs-N on Eylül 22, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.