Məmmədbağır Bağırzadə - Bayram günü - Şarkı sözü,Lyrics,Mahnı sözü

Bayram günü


Mus: Məmmədbağır Bağırzadə
Söz: Ələmdar Mahir
---


Ey ana yurdum, bəzənibsən tamam
Təzə gəlin tək yenə bayram günü.
Təbrik edim şer ilə bayramını
Nəğmə qoşum mən sənə

Gəldi yenə tazə bahar, tazə il
Günlərə ay,aylara əndazə il
Xəlqimizi dəvət edər yazə il
El çıxacaq gülşənə bayram günü.

Hiss olunur badi səbanın dəmi
Zövqü-səadət bürüyüb aləmi.
Böylə deyirlər ki,görüb Adəmi,
İlk dəfə Həvva nənə bayram günü.

Süfrə açıb, şirin düzək, çay verək
Bir-birinin təbrikinə hay verək
Gəl, gözəlim, eşqimizdən pay verək
Sən mənə, mən də sənə bayram günü.

Köhnə əsrdə qala qoy ahu-zar
Bayram edib ömür eliyək bəxtiyar.
Qəlbi sınan, könlü küsən harda var,
Öz evinə qoy dönə bayram günü.







minbirmahni
memmedbagir bagirzade
bayram gunu 
azeri karaoke
novruz
yeni il
Məmmədbağır Bağırzadə - Bayram günü - Şarkı sözü,Lyrics,Mahnı sözü Məmmədbağır Bağırzadə - Bayram günü - Şarkı sözü,Lyrics,Mahnı sözü Reviewed by Mrs-N on Eylül 03, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.