Bakı - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus: Abbasqulu Nəcəfzadə)

Bakı


Mus: Abbasqulu Nəcəfzadə
Söz: Tahir Rəvan
---

Müqəddəsdir sənin torpağın,daşın
Səninlə fəxr edir hər vətəndaşın.
Qədimdir tarixin,uludur yaşın
Tarixdən silinməz izimsən,Bakı.

Nəq.:

Canımsan, Bakı, gözümsən,Bakı
Dilimdən düşməyən sözümsən, Bakı.
Abşeron bağları cənnətin sənin,
Aləmə bəllidir şöhrətin sənin
Biz sənin, sən isə bizimsən,Bakı

Şərqin qapısısan,özüsən, Bakı,
Göylərin görməsin duman,çən,Bakı
Hər eldən,obadan gözəlsən,Bakı.
Yanan ocağımsan,közümsən,Bakı.



Bakı - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus: Abbasqulu Nəcəfzadə) Bakı - Mahnı sözləri,Şarkı sözü,Lyrics  (Mus: Abbasqulu Nəcəfzadə) Reviewed by Mrs-N on Ağustos 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.