Xalq Mahnısı - Bağçada güllər - Xalq mahnısı - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Bağçada güllər
Xalq mahnısı
Ay dərya kənarında bir ev tikmişəm
Ay hasarın çəkmişəm, üstün örtmüşəm
Ay bu gələn gözələ gözüm dikmişəm
Ay hasarın çəkmişəm, üstün örtmüşəm
Ay bu gələn gözələ gözüm dikmişəm
Nəq:
Bağçada güllər, oxur bülbüllər
Belə deyirlər, yenə yaz gəlir
Belə deyirlər, yenə yaz gəlir
Ay əlinə al, çalıb dindir sazını
Ay mən çəkərəç hər dəm sənin nazını
Ay mən çəkərəç hər dəm sənin nazını
Ay şəmsi-qəmər kimi göstər üzünü
Ay fikri-xəyalındır könlüm zinəti
Ay şirin sözlərindir ağzım ləzzəti
Ay sənsən mənim ömrüm,günüm vəhdəti
Ay şirin sözlərindir ağzım ləzzəti
Ay sənsən mənim ömrüm,günüm vəhdəti
Xalq Mahnısı - Bağçada güllər - Xalq mahnısı - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by noname
on
Haziran 23, 2019
Rating:
Hiç yorum yok: