Əlibaba Məmmədov - Azərbaycanım - Mahnı sözləri,Şarkı sözləri,Lyrics

Azərbaycanım


Mus: Əlibaba Məmmədov
Söz: Rasim Kərimli
--




Sülhsevənlər məskəni,
Zəhmət, hünər vətəni
Sənə qoşdum nəğməni

Mənim Azərbaycanım
Şərəfim, şöhrətim,şanım

Vətən sənin torpağının qüdrətinə qurban olum
Koroğlunun , Babəkinin qeyrətinə qurban olum
Nurlu yolu, haqqın yolu, bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu şöhrətinə qurban olum 

Dəfinə var dənizində, hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə sərvətinə qurban olum
Aşıb daşan illərinin, nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin hikmətinə qurban olum 

Yaz arzulu, yaz diləkli, duz-çörəkli,düz çörəkli
Rasim deyər, dağ ürəkli millətinə qurban olum
Vətən, sənin torpağına qurban olum

Əsirgəməz töhfəsini,
Min nemətli bəhrəsini,
Dosta açar süfrəsini
Mənim Azərbaycanım
Şərəfim,şöhrətim,şanım

Nəq:
İlləri uğurludur,
İnsanları qürurludur,
Günəş kimi nurludur
Mənim Azərbaycanım
Şərəfim, şöhrətim, şanım




Əlibaba Məmmədov - Azərbaycanım - Mahnı sözləri,Şarkı sözləri,Lyrics Əlibaba Məmmədov - Azərbaycanım - Mahnı sözləri,Şarkı sözləri,Lyrics Reviewed by noname on Haziran 21, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.