Aygün Kazımova - Azərbaycan-Türkiyə - Mahnı sözləri,Şarkı sözü,Lyrics




Mus: Eldar Mansurov
Söz: Bəxtiyar Vahabzadə


AZƏRBAYCAN - TÜRKİYƏ


Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.



Aygün Kazımova - Azərbaycan-Türkiyə - Mahnı sözləri,Şarkı sözü,Lyrics Aygün Kazımova - Azərbaycan-Türkiyə  - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by noname on Haziran 17, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.