Azərbaycan əsgəriyik bu ada qurban - Mahnı sözləri, Şarkı sözü, Lyrics
Azərbaycan əsgəri
Mus: Cavanşir Quliyev
Azərbaycan torpağında boy atmışıq biz
Tarixlərin o tayından gəlir səsimiz
Bir düşmənə baş əymədik, oğuz nəslimiz
Babaların qanı axır damarımızdan
Azərbaycan əsgəriyik, bu ada qurban
Tarixlərin o tayından gəlir səsimiz
Bir düşmənə baş əymədik, oğuz nəslimiz
Babaların qanı axır damarımızdan
Azərbaycan əsgəriyik, bu ada qurban
Başımızın üstündədir üçrəngli bayraq
Əvvəlimiz, axırımız bu ana torpaq
Bu torpağın keşiyində əzmlə durmaq
Bu millətin oğlu üçün şöhrət,şərəf, şan
Azərbaycan əsgəriyik, bu ada qurban
Əvvəlimiz, axırımız bu ana torpaq
Bu torpağın keşiyində əzmlə durmaq
Bu millətin oğlu üçün şöhrət,şərəf, şan
Azərbaycan əsgəriyik, bu ada qurban
Qara torpaq Vətən oldu hünərimizdən
Ürəyimiz xəbər verir zəfərimizdən
Şəhid ruhu baxır bizə göylərimizdən
Sipər çəkər sinəsindən yurda hər zaman
Azərbaycan əsgəriyik, bu ada qurban
Ürəyimiz xəbər verir zəfərimizdən
Şəhid ruhu baxır bizə göylərimizdən
Sipər çəkər sinəsindən yurda hər zaman
Azərbaycan əsgəriyik, bu ada qurban
Azərbaycan əsgəriyik bu ada qurban - Mahnı sözləri, Şarkı sözü, Lyrics
Reviewed by noname
on
Haziran 18, 2019
Rating:
Hiç yorum yok: