Nise Qasimova - Azərbaycan qızıyam - Mahnı sözləri, Şarkı sözləri, Lyrics

Azərbaycan qızıyam


Mus: Ələkbər Tağıyev
Söz: Validə Hüseynova


Mən bu elin qızıyam
Anamdır Azərbaycan
Mən onun sinəsindən
Süd əmib zaman-zaman

Böyüyüb boy atmışam
Saf suları qanımdır
Uca dağı vüqarım
Torpağı dərmanımdır

Nəq:

Fərhad dağda külünglə
Surətimi qazıbdır
Şirin sədaqətimi
Tarixlərə yazıbdır

Qəribin Sənəmiyəm
Koroğlunun Nigarı
Nəbiyə Həcər olub
Dolanmışam dağları

Demirəm bir dənəyəm
Gözəllik ulduzuyam
Hər elin öz övladı
Azərbaycan qızıyam!

Bu torpaq gözlərimə
Rəngindən rəng veribdir
Səsimə öz səsindən
Sular ahəng veribdir

Ay verib Ay hüsnümü
Lalələr dodağımı
Günəş şəfəqləriylə
Boyayıb yanağımı



Nise Qasimova - Azərbaycan qızıyam - Mahnı sözləri, Şarkı sözləri, Lyrics Nise Qasimova - Azərbaycan qızıyam - Mahnı sözləri, Şarkı sözləri, Lyrics Reviewed by noname on Haziran 20, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.