Şövkət Ələkbərova - Deyir Ayrılma məndən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics

Ayrılma məndən

Mus:Emin Sabitoğlu
Söz:Ramiz Heydər
---


Bülbüllər nəğməsiylə,
Çaylar zümzüməsiylə
Deyir-deyir, ayrılma məndən.

Çiçəklər baxışıyla,
Bulaqlar göz yaşıyla
Deyir-deyir, ayrılma məndən.

Nəq.:

Keçdiyim hər yol, cığır
Baxır, arxamca baxır,
Deyir: ayrılma məndən.

Meşələr lal-məlallı
Dağlar, fikir xəyallı,
Deyir-deyir, ayrılma məndən.

Sanki gözəl təbiət,
Ürəyimdə məhəbbət
Deyir-deyir, ayrılma məndən.





Şövkət Ələkbərova - Deyir Ayrılma məndən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Şövkət Ələkbərova - Deyir Ayrılma məndən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Haziran 02, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.