Xalq mahnısı - Ay oğlan - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics

Ay oğlan

Xalq mahnısı



Bizim elin bağçası var,bağı var
Elə şirin heyvası var,narı var
Hər igidin bir alagöz yarı var
Get ay batandan sonra gəl ay oğlan 


Ellər yatandan sonra gəl ay oğlan
Eşqinlə mən dolanaram dünyam
Kim sevməz sənintək gözəl heyranı
Mən olmuşam o gözlərin ceyranı 

Get ay batandan sonra gəl ay oğlan
Ellər yatandan sonra gəl ay oğlan
Gecə keçir ay dolanır batmağa
Elə şirin yuxu gəlir yatmağa 

Az qalıbdır məqsədinə çatmağa
Get ay batandan sonra gəl ay oğlan
Ellər yatandan sonra gəl ay oğlan





Xalq mahnısı - Ay oğlan - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Xalq mahnısı - Ay oğlan - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Mayıs 30, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.