Xalq mahnısı - Ay lolo - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics

Ay lolo

Xalq mahnısı


Ay lolo,qızıl ürək firuzə
Ay lolo,gedin deyin xoruza
Ay lolo,bu gecə banlamasın
Ay lolo,yar gələcəkdir bizə 
Ay lolo,yar düymələri mərcan

Ay lolo,bu dağda maralım var
Ay lolo, ovçuyam yarağım var
Ay lolo, nə gecə yuxum gəlir
Ay lolo,nə gündüz qərarım var
Ay lolo,yar dühmələri mərcan

Ay lolo,yönümü dağa verrəm
Ay lolo,dağa qadağa verrəm
Ay lolo, əgər vüsala yetsəm
Ay lolo,canım sadağa verrəm
Ay lolo,yar düymələri mərcan




Xalq mahnısı - Ay lolo - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Xalq mahnısı - Ay lolo - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Mayıs 30, 2019 Rating: 5

2 yorum:

Blogger tarafından desteklenmektedir.