Aydın Sani ft Elxan - Neyledim ki - Mahni Sozleri - Şarkı Sözü - Lyrics

Mahnı Sözləri

Söz-Musiqi: Aydın & Elxan
---



Neylədim ki


Özümü sakit aparsam da üzdə... Mən axı onu sevməmişəm sözdə... Yaş kimi saxlardım onu gözdə... Gözlərimdən axdı, çıxdı getdi... Bir ömür səninləyəm demişdi... Sənsiz həyat yoxdu söyləmişdi... Bu vaxtacan hər nə eyləmişdi... Onu da başıma qaxdı, çıxdı getdi... Mən o yarə neylədim ki, Allah... Ahı məni yaxdı, çıxdı getdi... Halımı kim gördü yaxınlaşdı... Gördü məni qorxdu, çıxdı getdi... Sevgimi qəlbimdə məhbus etdim... Öz həyatımı özüm kabus etdim... Məndə onu xeyli məyus etdim... Məndə də az yoxdu, çıxdı getdi... Ayrılıq, üzüntü getsin artıq... Könlümüz vüsala yetsin artıq... Dedim al bu canı bitsin artıq... Durdu baxdı-baxdı, çıxdı getdi... Mən o yarə neylədim ki, Allah... Ahı məni yaxdı, çıxdı getdi... Halımı kim gördü yaxınlaşdı... Gördü məni qorxdu, çıxdı getdi... Gözdə baxmadı yaşa, tək qaldım... Əcəb gəzərdik qoşa, tək qaldım... Dərdlərimlə baş-başa tək qaldım... Gör necə pis vaxtı çıxdı getdi... Kimisə onun qədər sevməmişdim... Ucuz tutar sonda bilməmişdim... Mən belə əlvida görməmişdim... Sanki lənət oxudu, çıxdı getdi... Mən o yarə neylədim ki, Allah... Ahı məni yaxdı, çıxdı getdi... Halımı kim gördü yaxınlaşdı... Gördü məni qorxdu, çıxdı getdi...




minbirmahni
karoke azeri
minus azeri
Aydın Sani ft Elxan - Neyledim ki - Mahni Sozleri - Şarkı Sözü - Lyrics Aydın Sani ft Elxan - Neyledim ki - Mahni Sozleri - Şarkı Sözü - Lyrics Reviewed by minbirmahni on Mayıs 26, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.